Bank Of Baku

Nazarbayev: "Ucuz neftə alışmaq lazımdır"

Nazarbayev: "Ucuz neftə alışmaq lazımdır"
# 29 yanvar 2016 12:00 (UTC +04:00)

Bakı - APA-Economics. Neftin qiymətinin aşağı olmasına alışmaq lazımdır. "APA-Economics" "Tengrinews" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

 

"Biz artıq yarım ildir ki, neftin 1 barelinin 30 dollar olduğu vəziyyətdə yaşayırıq. Lakin heç nə baş verməyib. Buna alışıb, belə yaşamaq lazımdır. Çünki bu proses uzun müddət davam edəcək", - deyə prezident vurğulayıb.

 

Ölkə başçısı əhalini "dolları yaddan çıxarmağa" çağırıb. "Bizim milli valyutamız təngədir, biz hesablaşmalarımızı təngə ilə aparırıq", - deyə N. Nazarbayev əlavə edib.

 

Təngənin devalvasiyasına toxunan prezident deyib ki, bu, qlobal iqtisadi konyunktura əsaslanan obyektiv proses idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR