Bank Of Baku

Nazranda minik avtomobili gülləbaran edilib, ölənlər var

Nazranda minik avtomobili gülləbaran edilib, ölənlər var
# 03 fevral 2016 02:35 (UTC +04:00)

Bakı - APA. İnquşetiyanın paytaxtı Nazran şəhərinin mərkəzində naməlum silahlı şəxslər minik avtomobili atəşə tutub, nəticədə iki nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İnquşetiya DİN-in mətbuat xidmətinin əməkdaşı bildirib.

 

“Nazranın mərkəsindəki  “XXI век” ticarət mərkəzinin qarşısında naməlum şəxslər avtomat silahlardan “Lada Priora” markalı avtomobili atəşə tutduqdan sonra hadisə yerindən uzaqlaşıblar”, - deyə məlumatda bildirilir.

 

Hücum nəticəsində avtomobildə olan bir kişi və bir qadın hadisə yerində ölüblər.  Onların kimliyi müəyyənləşdirilir.

 

Hücum edən şəxslərin axtarışı davam etdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR