Bank Of Baku

Nikolay Bordyuja: “KTMT Əfqanıstana kontingent yeritməyə və ya oradakı əməliyyatlarda iştiraka hazır deyil”

Nikolay Bordyuja: “KTMT Əfqanıstana kontingent yeritməyə və ya oradakı əməliyyatlarda iştiraka hazır deyil”
# 21 yanvar 2014 14:59 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri KTMT-nin baş katibi Nikolay Bordyuja bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

O, Əfqanıstan hökuməti ilə əməkdaşlıq etməyə, ölkənin güc strukturlarının möhkəmləndirilməsinə yardım etməyə hazır olduqlarını söyləyib: “Lakin bizim ölkələrimiz bu gün Əfqanıstan ərazisinə hər hansı bir kontingent yeritməyə və ya oradakı əməliyyatlarda iştirak etməyə hazır deyil”.

 

N.Bordyujanın sözlərinə görə, KTMT hazırda əfqan kadrlarının hazırlanmasına dəstək verir: “Bundan başqa, Əfqanıstanla hərbi-texniki əməkdaşlıq da mövcuddur. Çoxlu istiqamətlər üzrə əməkdaşlıq edə bilərik. Lakin heç bir halda Əfqanıstan ərazisindəki hər hansı əməliyyatlarda iştirak edə bilmərik”.

 

KTMT ilə NATO-nun əməkdaşlığı ilə bağlı sualı cavablandıran N.Bordyuja bildirib ki, qərbli həmkarları hələlik buna hazır deyillər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR