APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri KTMT təşkilatının baş katibi Nikolay Bordyuja bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə KTMT üzv ölkələrin sərhədlərinin qorunması istiqamətində intensiv işlər aparır: ”Təşkilata üzv ölkələrin sərhədlərinin qorunmasında əməkdaşlıq edirik. Lakin Ermənistanla Türkiyənin sərhəd məsələsinə gəldikdə isə, bu iki ölkə arasında olan problemdir. Çalışırıq ki, belə həssas məsələyə qarışmayaq”.
N. Bordyuja Özbəkistanın təşkilatda fəaliyyətini dondurmasına da münasibət bildirib. O, Özbəkistanla yenidən əməkdaşlıq etməyə niyyətlərinin olmadığını söyləyib: “Biz Özbəkistanın KTMT-də fəaliyyətinin müsbət qiymətləndirmişik. Lakin bu ölkənin KTMT-dən çıxması təşkilatın fəaliyyətinə ciddi təsir etmədi”.