Bank Of Baku

Novak: “Rusiya Azərbaycan üzərindən İrana qaz tədarük etməyəcək”

Novak: “Rusiya Azərbaycan üzərindən İrana qaz tədarük etməyəcək”
# 20 fevral 2017 20:39 (UTC +04:00)

Rusiya Azərbaycan üzərindən “svop” əməliyyatları vasitəsilə İrana qaz tədarük etməyəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak bəyan edib.

 

“Hazırda bu məsələ müzakirə olunmur”, deyə A.Novak bildirib.

 

Qeyd edək ki, ötən ilin avqustunda A.Novak İranın cənubunda sıxılmış qaz zavodunun inşa edilməsini, bunun müqabilində Rusiyanın Azərbaycan üzərindən İranın şimalına qaz tədarük edəcəyini bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR