APA-nın “İnterfaks” agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa vilayəti üzrə Ukrayna DİN İdarəsinin mətbuat xidməti yeni məlumat yayıb.
"Dəqiqləşdirilən məlumatlara əsasən, hadisə yerində 31 meyit aşkar edilib. Səbəbləri Məhkəmə-Tibbi Ekspertiza müəyyən edəcək” – sənəddə deyilir.
***
00:15
Bakı - APA. Odessada Həmkarlar İttifaqının binasında baş verən yanğın nəticəsində 38 nəfər ölüb.
APA-nın “İnterfaks” agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa vilayəti üzrə Ukrayna DİN İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Yanğın nəticəsində 38 nəfər ölüb, 8 nəfər özünü pəncərədən yerə atıb, 30 nəfər – dəm qazından boğulub. Hazırda yanğın söndürülüb”, sənəddə deyilir.
Federallaşma tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalardan sonra xəstəxanalara 50 nəfər müraciət edib, onlardan 10-u milis əməkdaşlarıdır.
***
23:06
Bakı – APA. Odessada həmkarlar İtiifaqının binası yanıb, ölənlər var.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, beşmərtəbəli binanın 2 və 3-cü mərtəbələri alova bürünüb.
Ölənlərin sayı dəqiqləşdirilir. Hadisə yerinə xilasedicilər, milis və təcili yardım briqadaları cəlb olunub.
Bir neçə nəfər hadisə ilə bağlı saxlanılıb. Binada evakuasiya davam etdirilir.
Bundan bir müddət əvvəl, federallaşma tərəfdarlarının Həmkarlar evini tutması barədə məlumat verilib.