APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bu barədə Odessa şəhər milis idarəsi açıqlama yayıb.
Məlumatda 3 milis əməkdaşının yaralanması da bildirilir. Ümumilikdə xəsarət alanlar sayı barədə hələ ki məlumat yoxdur.
İğtişaşlarda müxtəlif partlayıcı maddələr, “Molotov kokteyli” və daşlardan istifadə olunduğu bildirilir.
***
20:57
Bakı – APA. Bu gün Ukraynanın Odessa şəhərində toqquşmalar nəticəsində ən azı 1 nəfər ölüb.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, federallaşma tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda 10-15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda iğtişaş yatırılıb. Hadisə yerində operativ-istintaq qrupu işləyir.