Bank Of Baku

Orxan Zeynalov dindirilmə zamanı özünü günahkar saymadığını və hadisə yerində olmadığını bildirib - YENİLƏNİB

Orxan Zeynalov dindirilmə zamanı özünü günahkar saymadığını və hadisə yerində olmadığını bildirib - <span style="color: red;">YENİLƏNİB
# 18 oktyabr 2013 19:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycan vətəndaşı Orxan Zeynalov Moskva sakini Yeqor Şerbakovu xuliqanlıq niyyəti ilə öldürüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsindən bildiriblər.

 

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin “İnterfaks”a açıqlamasında deyib ki, O.Zeynalovu 8-12 illik ya da ömürlük həbs gözləyir. 

 

Yeqor Şerbakovun sevdiyi qız Kseniya Popova isə “Rossiya 24” telekanalının efirində qətl baş vermiş yerdə məhz Orxan Zeynalovu gördüyünü deyib. Eyni zamanda K.Popova bildirib ki, bu hadisəyədək O.Zeynalovla heç vaxt üz-üzə gəlməyib. 

 

*** 21.29

 

Bakı-APA. Moskvada 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalov dindirilmə zamanı özünü günahkar hesab etmədiyini və heç hadisə yerində olmadığını bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib.

 

*** 21.07

 

Bakı-APA. Moskvada Yeqor Şerbakovun qətlində şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı rəsmi ittiham irəli sürülüb. APA-nın verdiyi məlumata görə, bunu “RİA Novosti”yə Moskva Baş İstintaq İdarəsinin İstintaq Komitəsinin rəsmi nümayəndəsi Sergey Stukalov deyib.

 

“Müstəntiqlər ona Şerbakovun qətli ilə bağlı ittiham irəli sürüblər”, - deyə o bildirib. 

 

Xatırladaq ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinir. O, məhkəmədə cinayəti törətdiyini inkar edib. Zeyanlov müstəntiqlərə ilkin ifadəsini fiziki təzyiq altında verdiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR