Bank Of Baku

Özbəkistan 2013-cü ilin mayın sonunda MDB-nin azad ticarət zonasına qoşula bilər

Özbəkistan 2013-cü ilin mayın sonunda MDB-nin azad ticarət zonasına qoşula bilər
# 30 yanvar 2013 02:55 (UTC +04:00)

 

 

Bakı-APA. Özbəkistan 2013-cü ilin mayın sonunda Müstəqil Dövlətlər Birliyinin Azad ticarət zonası haqqında müqaviləyə qoşula bilər. Bu barədə jurnalistlərə açıqlamasında Rusiya XİN MDB ölkələrinin Birinci departamentinin direktoru Mixail Yevdokimov bildirib. APA-nın “BELTA”ya istinadən verdiyi məlumata görə, Mixail Yevdokimovun bildirib ki, mayın 31-də MDB Hökumət Başçıları Şurasının toplantısı keçiriləcək. “Ola bilsin ki, Özbəkistanın o vaxtadək azad ticarət zonasına qoşulması prosesi başa çatsın”, deyə Yevdokimov qeyd edib.

Mixail Yevdokimovun sözlərinə görə, 2013-cü ilin ortalarınadək müqaviləni imzalamış bütün ölkələr onu ratifikasiya edəcəyi gözlənilir.  Azad ticarət zonası haqqında müqaviləni Rusiya, Ukrayna, Belarus, Moldova, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan imzalayıb. Qırğızıstan və Tacikistan müqavilənin  ratifikasiyası prosedurunu başa çatdırmaq üzrədir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR