APA-nın “Azadlıq Radio”sunun yerli şöbəsinə istinadən verdiyi məlumata görə, hadisə mayın 2-də baş verib.
Yüksək sürətlə hərəkət edən “Qazel” markalı mikroavtobus “Daewoo Matiz” və “Daewoo Tiko” markalı minik avtomibilləri ilə toqquşub.
Yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, maşınların toqquşması nəticəsində benzin çənləri və qaz balonları partlayıb. Ölənlərin əksəriyyəti mikroavtobusun sərnişinləri olub.
Faktla bağlı cinayət işi qaldırılıb.