Bank Of Baku

Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyev vəzifəsinin icrasına başlayıb

Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyev vəzifəsinin icrasına başlayıb
# 14 dekabr 2016 07:15 (UTC +04:00)

Özbəkistanın yeni seçilmiş prezidenti Şövkət Mirziyoyev parlamentin hər iki palatasının birgə iclası zamanı and içərək səlahiyyətlərin icrasına başlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Ş. Mirziyoyevə prezident vəsiqəsini təqdim edib. Ölkə Konstitusiyası və “Quran”a əl basan Ş. Mirziyoyev ölkə qanunları və Konstitusiyaya ciddi riayət edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə, vicdanla Özbəkistan prezidenti üzərinə qoyulmuş səlahiyyətləri yerinə yetirəcəyinə söz verib və and içib.  


Qeyd edək ki, dekabrın 5-də keçirilən prezident seçkilərdə qələbə qazanan Ş. Mirziyoyevin 88,61 faiz səs aldığı açıqlanıb. Ölkədə növbədənkənar  prezident seçkiləri sentyabrın 2-də 78 yaşlı İslam Kərimovun vəfatından sonra təyin olunub. Bundan əvvəl Ş. Mirziyoyev baş nazir vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR