Bank Of Baku

Paruyr Ayrikyanın vəziyyəti pisləşib

Paruyr Ayrikyanın vəziyyəti pisləşib
# 07 fevral 2013 15:29 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova - APA. Sui-qəsdə məruz qalmış Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyanın vəziyyəti pisləşib. APA-nın “Regnum”a istinadən verdiyi xəbərə görə, “Milli Özünüdərketmə” Birliyinin liderinin güclü sinir zədələnməsi səbəbi ilə ağrıları var və sağ əlinin barmaqlarını hərəkət etdirə bilmir. Həkimlər hələlik ona xəstəxananı tərk etməyi qadağan ediblər və Ayrikyan seçki kampaniyası çərçivəsində planlaşdırılan bütün görüşlərini təxirə salıb. Tərəfdarları P. Ayrikyanın 18 fevral tarixinə təyin olunmuş prezident seçkilərinin ertələnməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini istisna etmirlər.

 

Qeyd edək ki, P. Ayrikyan yanvarın 31-də sui-qəsdə məruz qalıb. O, çiynindən güllə yarası alıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR