Bakı. Türbət Bağırova - APA. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremldə işləyən məmurların maaşlarında yeni ixtisarların aparılmasından xəbərdar olmadığını deyib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu D. Peskov jurnalistlərin rusiyalı məmurların maaşlarında ixtisarların gözlənilib-gözlənilməməsi ilə bağlı suallarına cavabında bildirib. Bununla yanaşı, o deyib ki, bu il məmurların maaşlarında əhəmiyyətli dərəcədə ixtisar olub. “Maaşlar 10%-dən çox azalıb. Prezident Administrasiyasına gəldikdə, öz adımdan deyə bilərəm ki, mənim maaşım 10%-dən çox azalıb”, - deyə D. Peskov qeyd edib.