Suriya münaqişəsinin nizamlanmasında Rusiya və Türkiyənin məqsədləri üst-üstə düşür - Moskva və Ankara Suriyanın ərazi və siyasi bütövlüyü prinsipinə sadiqdirlər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov RT telekanalına müsahibəsində qeyd olunan məqsədlərin təmin edilməsinin vacib olduğunu qeyd edib.