Bank Of Baku

Petro Poroşenko və Con Kerri arasında telefon danışığı olub

Petro Poroşenko və Con Kerri arasında telefon danışığı olub
# 05 noyabr 2014 07:50 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Petro Poroşenko və  Con Kerri arasında telefon danışığı olub.

 

APA-nın Ukrayna Prezident Administrasiyasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti ölkəsinin ərazi bütövlüyünün beynəlxalq səviyyədə dəstəklənməsi məsələsində ABŞ-ın rolunu yüksək qiymətləndirib.

 

Petro Poroşenko noyabrın 2-də Donbasda keçirilən qeyri-qanuni seçkilərin tanınmaması ilə bağlı ABŞ-ın bəyanatlarının vacibliyini vurğulayıb.  Ukrayna lideri münaqişənin sülh yolu ilə həll olunmasında ölkəsinin Minsk razılaşmasına  sadiq olduğunu deyib: “Biz bu razılaşmalara nail olmaq üçün xeyli cəhd etmiş, zaman ayırmışıq və heç vaxt  bu razılaşmalardan imtina etməmişik”.

 

Petro Poroşenko Donbasdakı son vəziyyətlə əlaqədar çoxtərəfli danışıqların Cenevrə formatını bərpa etməyi və xarici işlər nazirləri səviyyəsində görüş keçirməyi təklif edib.

 

ABŞ dövlət katibi  Ukraynanın Minsk protokoluna riayət etdiyi üçün ABŞ hökuməti adından öz təşəkkürünü ifadə edib. Con Kerri oktyabrın 26-da Ukraynada keçirilən parlament seçkisi və Ukrayna-Aİ-Rusiya arasında qaz razılaşmasının əldə olunmasını yüksək qiymətləndirdiyini vurğulayıb.

 

Tərəflər həmçinin hərbi-texniki əməkdaşlığı və ABŞ-ın vitse-prezidenti Cozef Baydenin noyabrın 21-də Ukraynaya edəcəyi səfərin detallarını müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR