Bank Of Baku

Polisin reydi zamanı Moskvanın “Matveevskiy” bazarında saxlanılan şəxslər sərbəst buraxılıb

Polisin reydi zamanı Moskvanın  “Matveevskiy” bazarında saxlanılan şəxslər  sərbəst buraxılıb
# 31 iyul 2013 16:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya polisi tərəfindən paytaxtın “Matveevskiy” bazarında saxlanılan şəxslərin hamısı sərbəst buraxılıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə aşıqlamasında bazarın direktoru Andrey Remennik bildirib: ““Matveevskiy“ bazarında çalışanların 80 faizinin Rusiya pasportu olub. Pasportu olanlar sərbəst buraxılıb. Sənədləri yerində olmayanlar isə inzibati məsuliyyətə cəlb olunaraq barələrində müvafiq tədbirlər görülüb”.

 

Paytaxtın polisinin yaydığı məlumatda bazarlarda ümumilikdə 560 nəfər şəxsin saxlanıldığı bildirilib. Saxlanılanların 560 nəfəri Orta Asiya ölkələrinin vətəndaşları, 30 nəfərinin isə Şimali Qafqaz ölkələrinin vətəndaşları olublar.

 

Qeyd edək ki, ötən şənbə günü paytaxtın “Matveevski” bazarında – yetkinlik yaşına çatmayan qızı zorlamaqda şübhəli bilinən Maqomed Maqomedovu saxlamaq istəyərkən 20-25 nəfər onlara hücum edib. Nəticədə polis əməkdaşlarından biri başından ağır zərbə alıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

 

Bu hadisədən sonra Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin tərəfindən bütün paytaxt bazarlarında profilaktik əməliyyat tədbirlərinin həyata keçirilməsinə göstəriş verilib. Nətcədə polis qeyri-slavyan görkəmli şəxsləri saxlayaraq bölmələrə aparıb. Əməliyyat zamanı qafqazlı görkəmində olan bütün şəxslər saxlanılıb.

 

Onu da qeyd edək ki, bazarda polisə hücum edən şəxslərin hamısı yaxalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR