Bank Of Baku

Poroşenko: Ukrayna Krımın qaytarılmasına dair mexanizm hazırlamağı planlaşdırır

Poroşenko: Ukrayna Krımın qaytarılmasına dair mexanizm hazırlamağı planlaşdırır
# 14 yanvar 2016 20:43 (UTC +04:00)

Bakı-APA. Ukrayna “Cenevrə +” formatında Krımın qaytarılmasına dair beynəlxalq mexanizm hazırlamağı planlaşdırır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.   

 

“Bu cür mexanizmin yaradılması üçün  biz Avropa İttifaqındakı tərəfdaşlarımız , ABŞ və, ehtimal ki, Budapeşt memorandumunu imzalayan ölkələrin iştirak edəcəyi “Cenevrə +” formatını nəzərdən keçiririk”, deyə o bildirib.  

 

Poroşenko,  Krımın qaytarılmasının Ukrayna hökumətinin əsas prioritet vəzifələrindən biri olduğunu qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR