Bank Of Baku

Poroşenko ATƏT-ə Ukraynada pilotsuz təyyarələrdən istifadə etməyə icazə verib

Poroşenko ATƏT-ə Ukraynada pilotsuz təyyarələrdən istifadə etməyə icazə verib
# 14 sentyabr 2014 00:14 (UTC +04:00)

Bakı - APA. Ukrayna prezidenti Pyotr Poroşenko ATƏT nümayəndələrinə ölkə ərazisində monitorinq missiyasının fəaliyyəti zamanı pilotsuz təyyarələrdən istifadə etməyə icazə verib.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

 

Poroşenko qərar barədə ATƏT-in hazırkı sədri Didye Burkhalter ilə telefon danışığından sonra bildirib.

 

Didye Burkhalter pilotsuz təyyarələrin ölkəyə yaxın zamanda gətiriləcəyini bildirib. O həmçinin bildirib ki, atəşkəs rejiminə əməl olunmasını təmin etmək üçün Ukraynaya daha çox müfəttiş göndəriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR