APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus liderinin mətbuat xidmətinin məlumatında bildirilir.
“Telefon danışığı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü barədə Aleksandr Lukaşenkonu məlumatlandırıb”, deyə məlumatda bildirilir.
“Poroşenkonun məlumatına görə, görüş zamanı Ukraynanın cənub-şərqindəki silahlı qarşıdurmanın aradan qaldırılması məsələsi də daxil olmaqla, Ukrayna-Rusiya gündəliyində olan kompleks məsələlər müzakirə olunacaq”, deyə mətbuat xidməti bildirib.
Poroşenko həmçinin Lukaşenkodan Minskdə başlayan MDB sammitinin iştirakçılarına Luqansk və Donetsk vilayətlərindəki hadisələrlə bağlı Ukraynanın mövqeyini çatdırmağı xahiş edib.