Bank Of Baku

Praqada Gürcüstan və Rusiya diplomatlarının görüşü keçiriləcək

Praqada Gürcüstan və Rusiya diplomatlarının görüşü keçiriləcək
# 06 fevral 2017 22:38 (UTC +04:00)

Çexiyanın paytaxtı Praqada Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında növbəti görüş keçiriləcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə hər iki ölkənin nəqliyyat idarələrinin nümayəndələri də iştirak edəcək.

 

2008-ci ilin sentyabrından, iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsindən sonra “Abaşidze-Karasin” formatı Gürcüstan və Rusiya rəsmilərinin yeganə birbaşa dialoq vasitəsidir.

 

Ənənəvi olaraq görüşlərdə ticarət, iqtisadiyyat, nəqliyyat və mədəniyyət məsələləri müzakirə edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR