Bank Of Baku

Rusiyada saxlanılan ukraynalı hərbi pilot Nadejda Savçenkoya 23 il həbs cəzası istənilib

Rusiyada saxlanılan ukraynalı hərbi pilot Nadejda Savçenkoya 23 il həbs cəzası istənilib
# 02 mart 2016 14:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyalı jurnalistlərin ölümündə təqsirləndirilən ukraynalı hərbi pilot Nadejda Savçenkoya 23 il həbs cəzası istənilib. 

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bununla belə dövlət ittihamçısı Savçenkonun işindən 6 Ukrayna vətəndaşının həyatına sui-qəsdlə bağlı ittihamın çıxarılmasını xahiş edib.

 

“Təəssüf ki, Rusiya qanunvericiliyi cinayətə təşəbbüsə görə təqsirləndirilən şəxsin istintaqa cəlb edilməsinə icazə vermir”, - deyə o vurğulayıb.

 

Dövlət ittihamçısı həmçinin qeyd edib ki, N. Savçenko immunitetə malik deyil. Çünki o,  sözügedən “cinayətləri” AŞPA deputatı olmazdan öncə törədib.

 

Qeyd edək ki, N. Savçenkonun məhkəməsi Rusiyada keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR