Bank Of Baku

Putin: "Nasizmin dirçəlməsinə imkan verməməliyik"

Putin: "Nasizmin dirçəlməsinə imkan verməməliyik"
# 08 may 2015 16:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Nasizmin yenidən dirçəlməsinə imkan vermək olmaz".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə MDB ölkə başçılarının qeyri-rəsmi sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Təəssüf ki, bu gün İkinci Dünya müharibəsinin nəticələrinin siyasiləşdirilməsi və saxtalaşdırılması cəhdləri ilə qarşılaşırıq. Qələbənin tarixi irsinin qorunub-saxlanılması, habelə nasizm, irqçi və dini dözümsüzlük ideyalarının yenidən dirçəlməsinə yol verilməməsi üçün əlimizdən gələni etməliyik", - deyə Putin qeyd edib. 
 
Qeyd edək ki, sammitdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri iştirak edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR