Bakı-APA. Rusiya prezidenti Vladimir Putin Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskidən Rusiyanın fundamental dəyərlərinə zərər verməməsini xahiş edib. APA-nın məlumatına görə, bu haqda “RİA Novosti” agentliyi xəbər yayıb.
“Mənim sizdən böyük xahişim var. Sabit elektoratınız var. Fikrimcə, elektoratınızın möhkəmlənməsi üçün ölkəmizin fundamental dəyərlərinə zərər vuraraq, onun ayrı-ayrı hissələrinə müraciət etməyə lüzum yoxdur”, - deyə Putin Jirinovski ilə görüşündə zamanı bildirib.
Xatırladaq ki, oktyabrın 24-də “Rossiya 1” telekanalının “Döyüş” verilişində Jirinovskinin səsləndirdiyi fikirlər böyük əks-səda doğurub. Rusiyalı siyasətçi terrorizmlə mübarizə naminə bu regionda doğum sayını nəzarətə götürməyi təklif edib.