Bank Of Baku

Putin Kiyevi Donbasda hərbi əməliyyatlara son qoymağa çağırıb

Putin Kiyevi Donbasda hərbi əməliyyatlara son qoymağa çağırıb
# 29 avqust 2014 00:23 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.

 

“Bütün problemləri yalnız sülh yolu ilə həll etmək üçün bir daha Ukrayna hakimiyyətini dərhal hərbi əməliyyatlara son qoymağa və Donbasın nümayəndələri ilə danışıqlara çağırıram”, məlumatda deyilir.

 

Putin qeyd edib ki, Rusiya humanitar fəlakət yaşayan Donbas əhalisinə yardım göstərməkdə davam edəcək. Rusiya prezidenti, həmçinin, separatçıları mühasirəyə düşmüş Ukrayna hərbçilərinə döyüş bölgələrini tərk etmək üçün humanitar dəhliz açmağa çağırıb.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiyanın Ukraynanın suverenliyinə birbaşa təcavüzü rəsmi Moskva üçün ağır nəticələrə gətirib çıxaracaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR