Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin martın 10-da Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinə dair əsas məsələlər, iqtisadi-ticarət, enerji və humanitar sahədə əlaqələr, eləcə də Avrasiya məkanında inteqrasiya prosesi müzakirə olunacaq.
Bundan başqa, Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə edəcəklər.