Rusiya prezidenti Vladimir Putinin hər il keçirilən ənənəvi mətbuat konfransının vaxtı məlum olub.
APA-nın Msokva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mətbuat konfransı dekabrın 22-də keçiriləcək.
Akkreditasiya müddəti dekabrın 9-da Moskva vaxtı ilə 17:00-da başa çatacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hər ilin sonunda yerli və xarici KİV-lər üçün böyük mətbuat konfransı keçirir.