Bank Of Baku

Putinin mətbuat konfransına 1300-dən çox jurnalist akkreditasiyadan keçib

Putinin mətbuat konfransına 1300-dən çox jurnalist akkreditasiyadan keçib
# 13 dekabr 2016 12:48 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putinin dekabrın 22-nə planlaşdırılan böyük mətbuat konfransına 1300-dən çox jurnalist akkreditasiyadan keçib.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

 

"Akkreditasiya artıq bitib, 1350-dən çox jurnalist akkreditasiya olunub. Hazırda müraciətlər müvafiq xidmətlər tərəfindən işlənilir. Mətbuat konfransına akkreditə olunan jurnalistlərin siyahısı Kremlin saytında dərc olunacaq", - deyə D. Peskov qeyd edib.

 

Kremlin sözçüsü Putinin mətbuat konfransına hazırlığın davam etdiyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR