Bank Of Baku

Qabardin-Balkarda məscidin həyətində partlayış törədilib, ölənlər var

Qabardin-Balkarda məscidin həyətində partlayış törədilib, ölənlər var
# 18 oktyabr 2013 02:25 (UTC +04:00)

Hadisə yerində insan qalıqları aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Qabardin-Balkar respublikasının DİN-in mətbuat xidmətindən bildirilib.    

 

“Yerli vaxtla saat 03.20 radələrində Duqulubqey kəndindəki məscidinin həyətində qeyri-müəyyən tipli partlayıcı qurğu partladılıb. Hadisə yerində insan qalıqları aşkarlanıb”, deyə mənbə bildirib.   

 

Məlumata görə, partlayışdan yaxınlıqdakı evlərin şüşələri qırılıb.

 

Hadisə yerinə istintaq-əməliyyat qrupu cəlb olunub. Hadisənin təfərrüatları aydınlaşdırılır.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR