Bank Of Baku

Artur Rəsizadə Qazaxıstan baş nazirinin birinci müavini ilə görüşüb

Artur Rəsizadə Qazaxıstan baş nazirinin birinci müavini ilə görüşüb
# 16 fevral 2016 11:44 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası baş nazirinin müavini Bakıtjan Saqintayev Azərbaycanın baş naziri Artur Rəsizadə tərəfindən qəbul edilib.

 

APA-nın “kazinform.kz” saytına istinadən verdiyi xəbərə görə, tərəflər yüklərin Azərbaycandan Qazaxıstana, eləcə də əksinə tranziti ilə bağlı məsələləri müzakirə ediblər.

 

Qeyd edək ki, Azərbaycana səfər çərçivəsində B. Saqintayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Bakı və Ələtdə yerləşən limanlarında olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR