Bank Of Baku

Qazaxıstan ictimaiyyəti “Baykonur” kosmodromundan raket buraxılışlarına son qoymağı tələb edib

Qazaxıstan ictimaiyyəti “Baykonur” kosmodromundan raket buraxılışlarına son qoymağı tələb edib
# 02 iyul 2013 18:50 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanın tanınmış 16 ictimai xadimi “Baykonur” kosmodromundan zəhərli yanacaqdan istifadə edən raketlərin buraxılışını dayandırmaq tələbi ilə Qazaxıstan və Rusiya hökumətlərinə açıq müraciət ünvanlayıb. APA-nın “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, müraciət müəllifləri hesab edirlər ki, qeptil və başqa zəhərli maddələrlə çalışan raket daşıyıcıların istifadəsini qadağan etmək məqsədilə  “Baykonur” kosmodromuna dair razılaşmalara yenidən baxılması zəruridir.  

 

Bundan başqa, müraciətdə beynəlxalq kosmodromun yaradılması ilə bağlı məsələlərin hazırlanması təklif olunub.   

 

İctimai xadimlər həmçinin  raket qəzasını araşdıran dövlət komissiyası həkimləri, ekoloqları və sair mütəxəssisləri cəlb etməklə işini geniş ictimaiyyətə açıq aparılmasını tələb ediblər.   

 

Müraciət müəllifləri hesab edirlər ki, Rusiya “Baykonur” kosmodromundan istifadə etdiyinə  görə ödədiyi icarə haqqının məbləği əsas olmadan azaldılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR