Bank Of Baku

Qazaxıstan Sərhəd xidməti Akademiyasının rəisi xidməti kabinetində özünü güllələyib

Qazaxıstan Sərhəd xidməti Akademiyasının rəisi xidməti kabinetində özünü güllələyib
# 01 fevral 2013 01:12 (UTC +04:00)

 

Bakı-APA. Qazaxıstan Mılli təhlükəsizlik komitəsinin Sərhəd xidməti Akademiyasının rəisi general-mayor Talqat Yesetov xidməti kabinetində intihar edib.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Yesetovun cəsədi güllə yarası ilə yanvarın 31-də saat 20.00 radələrində xidməti kabinetində aşkar olunub. İlkin versiyaya görə, o intihar edib.

 

Talqat Yesetov Sərhəd xidməti Akademiyasının rəisi vəzifəsinə 2009-cu ildə təyin olunub. Təyinatdan əvvəl o Qazaxıstan Sərhəd xidmətinin regional idarələrindən birinə rəhbərlik edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR