APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sənədə S. Şoyqunun Qazaxıstana rəsmi səfəri zamanı imza atılıb.
Qazaxıstan Müdafiə Nazirliyi bəyan edib ki, sazişin qüvvəyə minməsi Qazaxıstanın və Rusiyanın Qazaxıstanla sərhəd ərazilərinin hava məkanının təhlükəsizliyini təmin etməyə əsas yaradacaq.
İki ölkə müdafiə nazirlərinin görüşündə ikitərəfli hərbi-texniki əməkdaşlıq, Rusiyanın Qazaxıstandakı poliqonlarının fəaliyyəti və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.