Bank Of Baku

Qazaxıstanda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş sərgi keçirilib

Qazaxıstanda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş sərgi keçirilib
# 04 may 2013 16:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Qazaxıstandakı səfirliyi və Qazaxıstanın Birinci Prezidentinin Muzeyi tərəfindən Heydər Əliyevin 90 illiyinə həsr olunmuş sərgi təşkil olunub.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən APA-ya bildirilib Ki, sərginin açılışından əvvəl giriş sözü ilə Azərbaycanın buölkədəki səfiri Zakir Həşimov və muzeyin direktoru Alma xanım Sağınğalı çıxış ediblər. Sərgidən əvvəl və sərginin keçirildiyi zaman zalın girişində qoyulmuş monitorda Heydər Əliyev haqqında sənədli film nümayiş edilib.

Sərgidə Qazaxıstanın hökumət, parlament və ictimai-siyasi təşkilatlarının üzvləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının fəalları və KİV nümayəndələri iştirak ediblər. Sərgi yerli KİV-də geniş işıqlandırılıb. Səfir mövzu ilə bağlı Qazaxıstanın televiziya və mətbuat əməkdaşlarına müsahibə verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR