Bakı. Məlahət Nəcəfova - APA. Qazaxıstanın Aktobe şəhərində terror aktının törədilməsində iştirak edənlərin saxlanılması ilə bağlı xüsusi əməliyyat keçirilib.
APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Əməliyyat zamanı terrorçular silahlı müqavimət göstəriblər.
“Tədbirlər davam etdirilir, nəticə barədə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.
Saxlanılanların dəqiq sayı göstərilmir. Silahlı toqquşma zamanı əhlinin təhlükəsizliyinin təmin olunduğu qeyd edilir.
Xatırladaq ki, iyunun 5-də Qazaxıstanın Aktobe şəhərində bir qrup terrorçu 2 silah mağazasına və hərbi hissəyə hücum edib. Nəticədə 3 dinc sakin və 3 hərbçi həlak olub, 13 ekstremist öldürülüb, 14-ü yaralanıb.