Bank Of Baku

Qırğızıstan Avrasiya İttifaqına qoşulmaq niyyətindədir

Qırğızıstan Avrasiya İttifaqına qoşulmaq niyyətindədir
# 21 oktyabr 2014 12:24 (UTC +04:00)

Bakı – APA. Qırğızıstan 2015-ci ilin yanvarın 1-dən Avrasiya İttifaqına qoşulmaq niyyətini açıqlayıb.

 

APA-nın BBC-ya istinadən verdiyi məlumata görə, bununla bağlı ölkə hökuməti bəyanat yayıb.

 

Qeyd edək ki, bu ilin mayın 29-da Astanada Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi İttifaqının yaradılması haqda saziş imzalayıblar. Saziş 2015-ci ildən qüvvəyə minəcək.

 

Bu ölkələrin ümumu bazarı 170 mln. insanı əhatə edir. Bir müddət öncə Minskdə Ermənistanın Avrasiya İttifaqına qoşulması haqda müqavilə imzalanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR