Bank Of Baku

Qırğızıstanda yeni hökumət formalaşdırılacaq

Qırğızıstanda yeni hökumət formalaşdırılacaq
# 26 oktyabr 2016 08:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Qırğızıstan prezidenti Almazbek Atambayev hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalayıb.

 

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

Qərar 4 fraksiyadan ibarət parlament koalisiyasının dağılması ilə əlaqədar verilib. Sərəncama əsasən baş nazir, baş nazirin müavinləri, hökumət nümayəndələri və inzibati idarələrin rəhbərləri kabinetin yeni tərkibi təsdiq olunana kimi səlahiyyətlərinin icrasına davam edəcəklər.

 

Bu gün səhər parlamentin iclasında “Qırğızıstan” koalisiyasının lideri Kanat İsayev bildirib ki, oktyabrın 24-də Sosial Demokrat Partiyasının fraksiyasının koalisiyadan çıxması səbəbi ilə koalisiya öz statusunu itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR