Bank Of Baku

Qırğızıstan sərhəddə baş verən insidentə görə Daşkənddən üzr istəyib

Qırğızıstan sərhəddə baş verən insidentə görə Daşkənddən üzr istəyib
# 24 iyul 2013 07:52 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən yaydığı məlumata görə, dünən Qırğızıstan və Özbəkistan sərhədçiləri arasında baş verən atışma nəticəsində bir özbək sərhədçi həlak olub, digəri isə ağır xəsarət alıb.

 

 İnsident  Qırğızıstanın Cəlalabad vilayətinin Aksiy rayonunda qeydə alınıb. İki nəfər Özbəkistan sərhədçisi qanunu pozaraq Qırğızıstan tərəfinə keçib. Qırğızıstan sərhədçilərinin ərazini tərk etmək tələbləri mübahisə yaradıb və faciəvi sonluqla bitib.

 

Özbəkistanın “Noviy Vek” qəzeti isə bildirib ki, insident Özbəkistanın Namanqan vilayətində qeydə alınıb. Qəzet yazır ki, bir neçə Qırğızıstan sərhədçisi sərxoş vəziyyətdə Özbəkistan ərazisinə daxil olaraq iki özbək həmkarını güllələyiblər.

 

Xatırladaq ki, iki ölkə arasında sərhədin ümumi uzunluğu 1,3 min kilometr təşkil edir. Hazırda burada təxminən 50 mübahisəli ərazi mövcuddur,  354 km ərazi delimitasiya olunmayıb.

 

Bu cür hallar Özbəkistan-Qırğızıstan sərhədində tez-tez qeydə alınır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR