Bank Of Baku

Qırğızıstanda iğtişaşçılar yarımstansiyanı ələ keçiriblər

Qırğızıstanda iğtişaşçılar yarımstansiyanı ələ keçiriblər
# 30 may 2013 22:39 (UTC +04:00)

Bakı-APA. Qırğızıstanda iri qızıl mədənlərindən biri olan Kumtorun milliləşdirilməsini tələb edən etirazçılar mədən və fabriki elektrik enerjisi ilə təmin elən «Tamqa» yarımstansiyasını ələ keçirərək elektrik enerjisi istehsalını dayandırıblar. APA-nın məlumatına görə, bu barədə İssık-Kul vilayəti rəhbərliyindən xəbər verilib.

 

Üç gündür bir neçə yüz nəfər mədənə gedən yolu bağlayıblar. Onlar kanadalı sərmayəçilərlə bağlanmış müqavilənin qüvvədən salınmasını tələb ediblər.

 

Dağ-metallurgiya həmkarlar ittifaqının mərkəzi komitəsinin üzvü Eldar Tacibaev şərtlərinə əməl olmazsa, aksiyanın sonadək davam edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR