Bank Of Baku

Qırğızıstanda islamçı quldur dəstəsi zərərsizləşdirilib

Qırğızıstanda islamçı quldur dəstəsi zərərsizləşdirilib
# 09 fevral 2013 23:36 (UTC +04:00)

Bakı-APA. Qırğızıstanın Cəlilabad vilayətində silahlı quldur dəstəsi zərərsizləşdirilib. Dəstənin tərkibinə “Hizbut-Təhrir” radikal dini-ekstremist təşkilatının üzvləri daxil olub. APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan DİN-in mətbuat katibliyi məlumat yayıb.

 

Məlumata görə, dəstənin 20-yə yaxın üzvü olub. Hal-hazırda dəstənin 10 üzvü saxlanılıb, qalanların şəxsiyyəti müəyyən olunub. Dəstəyə ölkənin müxtəlif regionlarından olan sakinlər daxil olub, onların əksəriyyəti əvvəllər qətl, soyğunçuluq, oğurluq törətməkdə, dini düşmənçilik yaratmaqda təqsirli bilinərək məhkum edilib. Cinayətkarlar imkanlı şəxsləri müəyyən edərək, onların evlərinə hücum edib zorakılıq və soyğunçuluq törədiblər.

 

Əməliyyat-axtarış tədbirləri eyni vaxtda bir neçə rayon və şəhərlərdə keçirilib. Əməliyyat nəticəsində xeyli sayda silah-sursat və “Hizbut-Təhrir”ə aid vərəqələr aşkarlanıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR