Bank Of Baku

Raffi Ovanisyan tərəfdarlarını iğtişaşlara yol verməməyə çağırıb

Raffi Ovanisyan tərəfdarlarını iğtişaşlara yol verməməyə çağırıb
# 09 aprel 2013 20:57 (UTC +04:00)

Bakı-APA. Yerevanın paytaxtında etiraz aksiyası keçirən Ermənistan prezidentliyinə keçmiş namizəd, müxalifət “İrs” partiyasının lideri Raffi Ovanisyan tərəfdarlarını təxribatlardan və qan tökməkdən uzaq olmağa çağırıb. APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Baqramyan küçəsində aksiyanı davam edən tərəfdarlarının bir qisminin yanına gözlənilmədən qayıtmış Raffi Ovanisyan bəyan edib.

 

Onun sözlərinə görə, mübarizə uğurla davam edir, lakin nə qədər ki o sağdır, erməninin erməniyə əl qaldırmasına yol verməyəcək. Ovanisyan Baqramyan prospekti ilə yürüşü davam etmək üçün polis rəhbərliyi ilə danışıqları davam edir.   

 

Xatırladaq ki, bir müddət əvvəl müxalifət tərəfdarlarının bir qismi yürüşün marşrutunu dəyişərək prezidentin iqamətgahı yerləşən Baqramyan küçəsindən Moskovyan küçəsinə, "erməni soyqırımı" abidəsinə istiqamət götürüblər. Bundan əvvəl Raffi Ovanisyanın tərəfdarları polisdən yürüş iştirakçılarını Baqramyan küçəsində yerləşən prezidentin iqamətgahına buraxılmalarını tələb ediblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların irəliləməsinə imkan verməyib, nəticədə, yürüş iştirakçıları ilə polis arasında bir neçə toqquşma baş verib.

 

Qeyd edək ki, Ermənistan Yazıçılar İttifaqının binası qarşısında müxalifət tərəfdarları ilə polis arasında bir neçə dəfə toqquşma baş verib, nəticədə “İrs” partiyasının sədr müavini Armen Martirosyan xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR