Bank Of Baku

Raffi Ovannisyan Konstitusiyaya and içib, müxalifət İrəvanın mərkəzində kütləvi aksiya keçirir

Raffi Ovannisyan Konstitusiyaya and içib, müxalifət İrəvanın mərkəzində kütləvi aksiya keçirir
# 09 aprel 2013 14:28 (UTC +04:00)

APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, mitinq iştirakçılarına Konstitusiya paylanıb, onlar hakimiyyətin xalqa qaytarılması prosesinin simvolu olaraq Konstitusiyaya and içiblər. Raffi Ovannisyan bütün iştirakçıları Konstitusiyanı qaldıraraq onun ardınca andın mətnini təkrar etməyə çağırıb: “Mən, Ermənistan vətəndaşı, inam və Vətən naminə mövcud qanunsuz hakimiyyətlə hər cür əlaqəni kəsərək bəyan edirəm ki, saxtakar hakimiyyəti, yalançı qanunları və qanunsuz əmrləri tanımıram, satılmıram, təslim olmuram. Biz Dördüncü Ermənistan Respublikasının vətəndaşları əcdadlarımızın arzularına, uşaqlarımızın gələcəyinə və Konstitusiyaya and içərək bəyan edirik ki, mübarizə aparacağıq, Sevgi ilə, inam və hörmətlə mübarizə aparacağıq, mübarizədən çəkinməyəcək, bir-birimizə ümid və güc verəcək və qalib gələcəyik”. 

 

Raffi Ovannisyan yenidən Serj Sərkisyanı və katalikos II Qaregini saat 18.00-da Azadlıq meydanına gəlməyə və xalqdan üzr istəməyə çağırıb: “Mən baş verənləri izləmirəm. Serj Sərkisyan yalançı and içsə, katalikos isə ona xeyir-dua versə, bu andan etibarən və Serj Sərkisyanı, nə katalikosu tanıyıram, mən yalnız erməni xalqını tanıyıram. Serj Sərkisyan artıq prezident deyil. Ya istefa verin, ya məni elə burada həbs edin. Seçim Sərkisyanındır, o ya Azadlıq meydanına gəlməli, ya da hansısa səfirlərlə tost deməlidir. Lakin bu onun son tostu olacaq”. 

 

Daha sonra mitinq iştirakçıları İrəvan küçələrində yürüşə başlayıblar. Onların bəziləri prezident iqamətgahının qarşısına getməyi təklif edib və məqsədlərinə çatmaq üçün hər şeyə hazır olduqlarını bildiriblər. Raffi Ovannisyan isə saat 18.00-da başlayacaq mitinqi xatırladıb və prezident iqamətgahı qarşısına toplaşmaq ideyasına qarşı çıxıb.

 

“Armenia Today” saytı artıq Ermənistan Amerika Universitetinin yanına əsgərlərlə dolu avtobusların gətirildiyi barədə məlumat yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR