Bank Of Baku

Ramazan Abdulatipov:“Dağıstanda bütün terrorçu dəstələr məhv edilib”

Ramazan Abdulatipov:“Dağıstanda bütün terrorçu dəstələr məhv edilib”
# 07 fevral 2017 00:41 (UTC +04:00)

Dağıstan ərazisində fəaliyyət göstərən bütün terrorçu dəstələr məhv edilib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov özünün “İnstaqram” hesabında yazıb.

 

“Dağıstanda terrorçu dəstələr faktiki olaraq tamamilə məhv edilib. Bu, bizin ən önəmli  nailiyyətlərimizdən biridir. Son dörd il ərzində mühüm məsələlər öz həllini tapıb, təhlükəsizlik təmin edilib, qayda-qanun bərpa olunub”, R. Abdulatipov qeyd edib.

 

Onun sözlərinə görə, hazırda Dağıstanda vəziyyət sabit və proqnozlaşdırıla biləndir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR