Bank Of Baku

Ramzan Kadırov əməliyyat olunub

Ramzan Kadırov əməliyyat olunub
# 07 dekabr 2016 13:12 (UTC +04:00)

Çeçenistan rəhbəri Ramzan Kadırov əməliyyat olunub.

 

APA-nın Ramzan Kadırovun “İnstagram” sosial şəbəkəsindəki hesabına  istinadən yaydığı məlumata  görə,  əməliyyat  Qroznı şəhər xəstəxanalarından birində aparılıb.

 

Əməliyyatın məqsədi onun rinqdə aldığı zədələrin aradan qaldırılması olub.

 

“Mənim üçün xəstəxanada xəstə kimi yatmaqdan ağır  heç nə yoxdur. Lakin hər kəs sağlamlığının qayğısına qalmalı, şəfa yollarını axtarmalıdır”, - deyə Kadırov “İnstagram” səhifəsində yazıb.

 

Boks üzrə idman ustası olan Ramzan Kadırov Çeçenistanın Boks Federasiyasına başçılıq  edir. O, həmçinin, “Ramzan” İdman Klubunun rəhbəridir.

 

İsmayıl Fətəliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR