Bank Of Baku

RATİ Koordinasiya Şurasının üzvü Ramazan Abdullatipov Dağıstan prezidentinin səlahiyyətlərini icra edəcək - FOTO

RATİ Koordinasiya Şurasının üzvü Ramazan Abdullatipov Dağıstan prezidentinin səlahiyyətlərini icra edəcək - <span style="color: red;">FOTO
# 28 yanvar 2013 10:31 (UTC +04:00)

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə  Ramazan Abdullatipov “Kavkazpolitika” saytına bildirib. O, artıq Rusiya prezidenti Vladimir Putinin müvafiq əmr imzaladığını da söyləyib.

 

R. Abdullatipov bu ay ərzində bir neçə dəfə V. Putinlə görüşdüyünü bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Dağıstanda vəziyyətin stabilləşməsində maraqlıdır: “Putin mənim dövlət xadimi təcrübəmdən istifadə edəcəyimi ümid etdiyini söylədi. Mən Dağıstanı çox yaxşı tanıyıram. Bu gün bu regionda əsas məsələ xalqın dövlətə inamını geri qaytarmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm”.

 

Qeyd edək ki, Ramazan Abdullatipov milliyyətcə avardır. O, Rusiyanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri, ölkənin millətlərlə iş üzrə naziri vəzifələrində çalışıb. Bundan başqa Dağıstan Respublikasından dörd dəfə Rusiya Dövlət Dumasına deputat seçilib.

 

Xatırladaq ki, Kreml hələlik bu təyinatla bağlı məlumat yaymayıb. Dağıstanın prezidenti Maqomedsalam Maqomedovun istefaya göndərilməsi ilə bağlı da heç bir əmr yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR