Bank Of Baku

Rəsmi Kiyev: Donbasda vəziyyət gərginləşib, ölən və yaralananlar var

Rəsmi Kiyev: Donbasda vəziyyət gərginləşib, ölən və yaralananlar var
# 02 mart 2016 00:38 (UTC +04:00)

Bakı-APA. Donbasda vəziyyət gərginləşib, ölən və yaralananlar var.

 

APA-nın məlumatına görə, bunu prezident administrasiyasının Donbasda xüsusi əməliyyat üzrə nümayəndəsi Andrey Lısenko Ukraynanın “5-ci” telekanalının efirində bəyan edib.

 

“Ənənəvi olaraq, mühüm danışıqlar ərəfəsində vəziyyətin gərginləşməsi müşahidə edilir. Biz artıq atəşkəsin neçə dəfə pozulmasını saymırıq. Ölən və yaralananların olduğunu dəqiq bilirik. Gecə qabaqdadır, ümid edirik ki, daha itkilər olmayacaq. Donbasda vəziyyət gərginləşib,  bölgədə kəşfiyyat-diversiya qrupları fəallaşıb”, deyə A.Lısenko bildirib.

 

Qeyd edək ki, martın 2-də Minskdə Ukraynanın cənub-şərqində vəziyyətin nizamlanmasına dair təmas qrupunun görüşü, bir gün sonra isə Parisdə “Normand dördlüyü”nün (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərləri səviyyəsində görüşü keçiriləcək. Fransanın paytaxtındakı danışıqlarda Ukrayna böhranına dair mühüm qərarların verilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR