Bank Of Baku

Rəsmi Moskva Dəməşq hakimiyyətinin icazəsi olmadan İD-ə qarşı hərbi əməliyyatın keçirilməməsi barədə ABŞ-a xəbərdarlıq edib

Rəsmi Moskva Dəməşq hakimiyyətinin icazəsi olmadan İD-ə qarşı hərbi əməliyyatın keçirilməməsi barədə ABŞ-a xəbərdarlıq edib
# 12 sentyabr 2014 06:36 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rəsmi Moskva ABŞ-ın Dəməşq hakimiyyətinin icazəsi və BMT Təhlükəsizlik Şurasının qərarı olmadan “İslam Dövləti” (İD) terror təşkilatının Suriyadakı mövqelərinə havadan zərbə endirməsini bu ölkəyə hücum kimi qiymətləndirəcəyini açıqlayıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

 

Rusiya XİN rəsmisinin sözlərinə görə, prezident Barak Obama ABŞ ordusunun Dəməşq hökumətinin icazəsi olmadan İD-in hədəflərinə qarşı hücum təşkil edəcəyini açıqlayıb: “BMT Təhlükəsizlik Şurasının qərarı olmadan bu istiqamətdə həyata keçiriləcək əməliyyat digər ölkənin ərazisinə hücum etmək və beynəlxalq hüququn ən kobud şəkildə pozulmasıdır”.

 

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da İraq və Suriyada İŞİD-ə qarşı əməliyyat həyata keçirən ABŞ hərbi təyyarələrinin Suriya lideri Bəşər Əsədə məxsus hərbi birlikləri vurmasından narahat olduqlarını bildirib: “Bizim Suriya torpaqlarında əməliyyatların yalnız “İslam Dövləti”nə qarşı keçiriləcəyinə dair şübhələrimiz var. Bəşər Əsədin mövqeyini zəiflətmək üçün hökumət qüvvələri də bombalana bilər”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR