Bakı-APA. Rusiya, Belarus və Qazaxıstan liderləri Ermənistanın Gömrük İttifaqına qoşulmasını müzakirə edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayevin görüşü bu gün Minskdə keçiriləcək. Görüşə Ermənistan prezidenti Serj Sarkisyanın da qatılacağı istisna deyil.
Qeyd edək ki, görüş zamanı həmçinin Qırğızıstanın Gömrük İttifaqına qoşulması ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.