"ABŞ Rusiyanı bu ölkədə baş verən seçkilərə müdaxilədə günahlandıraraq qeyri-etik hərəkət edir".
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun Moskvanı haker hücumlarında ittiham etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu barədə danışmağı ya dayandırmaq lazımdır, ya da artıq hansısa sübut irəli sürülməlidir: “Əks halda, bu, çox yaraşıqsız görünür”.
Xatırladaq ki, NBC telekanalı ABŞ kəşfiyyatına istinadən haker hücumlarının arxasında şəxsən Rusiya prezidenti Vladimir Putinin dayandığı barədə xəbər yayıb.