Bank Of Baku

Rusiya aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

Rusiya aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək
# 01 fevral 2017 16:56 (UTC +04:00)

Rusiyanın “Pegas Fly” aviaşirkəti  martın 14-dən etibarən Moskva ətrafında yerləşən Jukovsk şəhərindən Bakıya uçuşlar həyata keçirəcək.

 

APA-nın “Vesti Kavkaza”-ya istinadən verdiyi xəbərə görə, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.

 

Martın 14-dən 25-dək uçuşlar bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri həyata keçiriləcək. Yay mövsümü üçün uçuş cədvəli hələ ki, müəyyənləşdirilməyib.

 

Qeyd edək ki, “Pegas Fly” aviaşirkəti  “Jukovsk” hava limanından Belarus, Qırğızıstan və Tacikistan istiqamətində uçuşlar həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR