Bank Of Baku

Rusiya Avropa Birliyi ölkələri aviaşirkətlərinin öz ərazisindən uçuşlarını məhdudlaşdıra bilər

Rusiya Avropa Birliyi ölkələri aviaşirkətlərinin öz ərazisindən uçuşlarını məhdudlaşdıra bilər
# 05 avqust 2014 10:10 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiyanın hakim dairələri Avropa aviaşirkətlərinin Rusiya ərazisindən Asiyaya uçuşlarını məhdudlaşdırmaq və ya bütünlüklə qadağan etməyi nəzərdən keçirir.

 

APA-nın xəbərinə görə, bu barədə “Vedomosti”yə Rusiya hökumətindəki məlumatlı mənbələr bildiriblər. Qeyd olunur ki, Avropa Birliyinin ilk sanksiyalarından sonra Rusiyada avropalı daşıyıcılar üçün tranziti məhdudlaşdırmaq barədə müzakirələr başlayıb. Lakin “Dobrolet” şirkətinin uçuşlarının dayandırılması və Ukrayna tərəfindən Rusiya aviaşirkətlərinin 8,6 milyon dollar məbləğində cərimə olunmasından sonra rəsmi Moskva “cavab vermək” qərarına gəlib.

 

Hələ rəsmi qərarın verilmədiyi, hələlik mümkün addımların nəzərdən keçirildiyi deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR